MALİYYƏ

Maliyyə Nazirliyi 15 milyon manat borc aldı

7 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108028884 ISIN-li, 10 miylon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjadan  daxil olmuş məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.8936 AZN (7.5%) və 102.2623 AZN (5.9699%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.2623 AZN (5.9699%), orta ölçülmüş qiyməti  102.2623 AZN (5.9699%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64 milyon 72 min 400 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 1 sentyabr 2026-cı  ildir.

Hərrac iştirakçıları 8 sentyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department