Sənaye

“Bu missiyanı varisimə buraxacağam, mənim buna əlim qalxmayacaq”

Rusiyanın “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib ki, bu gün “Lukiol”in artıq sırf neft şirkəti olmamasına baxmayaraq, onun adını dəyişmək fikrində deyil.

Bunu Vahid Ələkbərov “Kommersant”a müsahibəsində qərb enerji istehsalçılarından nümunə götürərək şirkətin adının dəyişdirilməsinin planlaşdırılıb-planlaşdırmadığı barədə suala cavabında bildirib.

“Bu missiyanı varisimə buraxacağam, mənim buna əlim qalxmayacaq”, – V. Ələkbərov qeyd edib.

Onun sözlərinə görə, bu gün şirkət artıq tək neft deyil, enerji şirkətidir və gələcəkdə də belə qalacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)