Bank

Bu il 2 bank qeyri-faiz mənfəəti əldə edib

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 28-nin bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyib.

Yalnız 2 bankda - "Günay Bank" və "Naxçıvan Bank"da qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərindən az olub. Bu banklar müvafiq olaraq 2,259 milyon manat və 211 min manat qeyri-faiz mənfəəti əldə ediblər. Qalan 28 bank isə qeyri-faiz əməliyyatlarında müsbət saldoya nail ola bilməyib.

9 aylıq qeyri-faiz zərərinin ən yüksək həddi "Access Bank"da qeydə alınıb. Bu bankda mənfi saldo 51,639 milyon manat olub. 9 bank 10-50 milyon manat arasında, 16 bank 1-10 milyon manat arasında, 2 bank isə 1 milyon manatdan az olmaqla qeyri-faiz zərərinə uğrayıb.

Bankın adı

Bankın 9 aylıq

qeyri-faiz mənfəəti / zərəri

(milyon manatla)

1

Günay Bank

2,259

2

Naxçıvan Bank

0,211

3

İran Milli Bankı - Bakı

-0,601

4

Pakistan Milli Bankı - Bakı

-0,609

5

Azərbaycan Beynəlxalq Bankı

-1,903

6

Zıraat Bank Azərbaycan

-2,069

7

Bank Avrasiya

-2,385

8

NBC Bank

-3,153

9

Azərbaycan Sənaye Bankı

-3,475

10

AGBank

-3,864

11

Bank BTB

-4,867

12

Amrah Bank

-5,443

13

Turan Bank

-6,249

14

AFB Bank

-6,253

15

Muğan Bank

-6,452

16

Premium Bank

-6,839

17

Azər-Türk Bank

-8,340

18

Rabitəbank

-9,694

19

Yapı Kredi Bank Azərbaycan

-9,763

20

Kapital Bank

-9,912

21

Nikoyl Bank

-10,284

22

Bank Respublika

-10,320

23

Atabank

-13,699

24

Express Bank

-15,229

25

Bank VTB Azərbaycan

-17,860

26

Unibank

-23,873

27

Xalq Bank

-26,523

28

PAŞA Bank

-34,957

29

Bank of Baku

-43,633

30

Access Bank

-51,639

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)