Ateshgah Sigorta işçi axtarır -VAKANSİYA
Kargüzarlıq şöbəsinin mütəxəssisi
Namizədə tələblər:
• Yaş: 22-30
• Xanım namizədlər
• Təhsil: Ali
• İş təcrübəsi: Ofis menecer və kargüzarlıq sahəsində olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)
• Microsoft Office ( Word, Excel, Power Point proqramları)
Əsas vəzifə öhdəlikləri:
• Şirkətə daxil olan sənədlərin qeydiyyatını aparmaq, rəhbərliyə dərkənar üçün təqdim edmək, aidiyyəti şəxslərə sənədləri çatdırmaq;
• Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata almaq, göndərilməsini təşkil etmək;
• Şirkətin daxili normativ sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirmək;
• Etibarnamələrin qeydiyyatını aparmaq;
• Sənədlərin göndərilməsini təşkil etmək;
• Möhürlərin qeydiyyatını aparmaq;
• Tərcümə şirkətləri ilə iş aparmaq, sənədləri tərcüməyə təqdim etmək və təhvil almaq;
• Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.
Şəxsi keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri:
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı ilk 3 ay sınaq dövrü ərzində: 450 azn
• Sınaq dövründən sonra: 500 azn
• Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Kargüzarlıq şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.