Kristal Abşeron işçi axtarır - VAKANSİYA
Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: Sətəm üzrə mütəxəssis
Tələblər:
– Ali təhsil
– Azərbaycan və rus dili mükəmməl, ingilis dili arzuolunandır;
– Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
– SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 2-3 illik iş təcrübəsi
– Stressə davamlı, məsuliyyətli və intizamlı
Vəzifə öhdəlikləri:
– İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
– İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
– İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
– İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
– SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
– İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
– Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri Sumqayıt şəhərində yerləşir;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sətəm üzrə mütəxəssis” üzrə yazmaqla ''hr@kristalabsheron.az'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.