Resant Group işçi axtarır - VAKANSİYA
İnsan Resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
• İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
• Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
• E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
• Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
• Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
• Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
• Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
• Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
Namizədə bağlı tələblər:
• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
• İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
• İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
• Azərbaycan və Rus əla səviyyədə bilməli;
• MS Office proqramlarını, xüsusilə 1C proqramını əla səviyyədə bilməli;
• İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
İş Şəraiti:
• İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
• Əmək haqqı: 1000-1300 AZN
• Şirkət tərəfindən nahar.
Maraqlanan namizədlər mövzu yerində “ İnsan Resursları üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.