Milli Depozit Mərkəzi avqustda kupon ödənişlərinin məbləğini açıqlayıb
Milli Depozit Mərkəzi bu il avqust ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
Məlumata görə, ötən ay qurum ümumilikdə 50 investor üzrə 38 milyon manat ödəniş edib.
Ödənişlər Maliyyə Nazirliyi, "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) və “Ferrum Kapital” MMC üçün həyata keçirilib