Kasım-Jomart Tokayev: “Əfqanıstanda 85 milyard dollarlıq silah qalıb”
![](https://ena.az/uploads/news/2021-09/_ena_151e7333c87491030c672761e_o.jpg)
“Əfqanıstanda 85 milyard dollarlıq silah qalıb”.
ENA.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev söyləyib.
“Əfqanıstanla bağlı təhdid və risklər qalmaqdadır. ABŞ-ın tərk etməsindən sonra orada 85 milyard dollarlıq silah qalıb”, - o bildirib.
Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Pakistan Hərbi Hava Qüvvələrinin mütəxəssislərinə ABŞ-dan qalmış təyyarə və helikopterlərə baxış keçirməyə icazə verib.