Unicapital işçi axtarır - VAKANSİYA
Vəzifə: Biznes proseslərin sənədləşdirilməsi üzrə mütəxəssis
Vəzifə öhdəliklərinin təsviri:
• Mövcud biznes proseslərin identifikasiyası, iş axınlarının sxematik təsvirlərinin yaradılması və onların sənədləşdirilməsi
• Biznes proseslərin xəritəsinin hazırlanması
• Biznes proseslərin təhlili və onların təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması
• Şirkət daxili prosedurların, təlimatların və iş axınını tənzimləyən digər normativ sənədlərin hazırlanması
• Yeni biznes proseslər üzrə iş axınının qurulması
• Biznes proseslərin avtomatlaşdırılması imkanlarının araşdırılması
Namizədə dair tələblər:
• Ali təhsil (iqtisadi, maliyyə, hüquqi və ya riyazi sahədə ali təhsilə üstünlük veriləcək)
• Vəzifə öhdəliklərində qeyd edilmiş funksiyaların icrası üzrə minimum 2 il iş təcrübəsi (maliyyə və ya audit sektoru üzrə təcrübəyə üstünlük veriləcək)
• MS Visio və ofis proqramlarında sərbəst işləmək bacarığı
• Analitik/sistemli düşünmə və səlis ünsiyyət vərdişləri
• Səlis Azərbaycan dili biliyi (İngilis və Rus dili biliyi olanlara üstünlük veriləcək)
CV-lərinizi info@unicapital.az ünvanına göndərməyiniz xahiş olunur.