MALİYYƏ

ARDNF 8 ay ərzində hərraclarda xarici valyuta satışını 25% azaldıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin avqust ayında valyuta hərraclarında $512,3 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.

Xəbər verildiyi kimi, ARDNF cari ilin may ayında valyuta hərraclarında $461,6 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, avqust ayında xarici valyuta satışının həcmi iyul ayı ilə müqayisədə 11% artıb.

ENA.az-ın fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ilin yanvar-avqust aylarında ARDNF valyuta hərraclarında $3 milyard 740 milyon (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 25,3% - İF) satıb.

Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.

Azərbaycan Dövlət Neft Fondu 2020-ci ildə valyuta hərraclarında $7 milyard 303,64 milyon məbləğində xarici valyuta (2019-cu illə müqayisədə artım 10,7%) satıb.*

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)