Aqrar

23 ölkədən Azərbaycana satılan toxumların xəstəliklərdən azad olması tələbi qoyuldu

Hazırda dünya ölkələrində bitkilər üçün zərərli olan virus və bakteriya mənşəli xəstəliklərin yayılması müşahidə edilir. Odur ki, bir sıra ölkələr tərəfindən idxal tələbləri sərtləşdirilir, bəzi hallarda məhsul idxalına qadağalar tətbiq edilir.

ENA.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bitki sağlamlığının təmin edilməsi sahəsində görülən işlərə dair bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Bildirib ki, ölkəmizdə də bu istiqamətdə zəruri tədbirlər görülür. Belə ki, Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya çərçivəsində 23 ölkəyə Azərbaycana idxal edilən tərəvəz bitkilərinin toxumlarının virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)