BİZNES

Azərbaycan Rusiyadan “halal” kosmetika idxalına başlayır

Rusiyanın Qaraçay-Çərkəz bölgəsində fəaliyyət göstərən kosmetika şirkəti Azərbaycandan olan tərəfdaşı ilə gələn il ölkəmizə 500 min ABŞ dolları dəyərində “halal” məhsul tədarük etmək barədə müqavilə imzalayıb.

Bu barədə regionun Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri Artur Yezaov bildirib.

Onun sözlərinə görə, müqavilə MDB ölkələri ilə həyata keçirilən biznes missiyaları çərçivəsində imzalanıb. Azərbaycanlı iş adamları həmçinin Qaraçay-Çərkəzdən ərzaq məhsullarının, toxuculuq mallarının, tikinti materiallarının idxalına dair razılıq əldə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)