"Mikro sahibkarlar bu güzəştlərdən istifadə edə bilərlər"
AR Nazirlər Kabinetinin 21.12.2018 tarixli Qərarına əsasən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilmişdir.
Yeni qərara əsasən Vergilər Nazirliyi yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatları növbəti il aprelin 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə ötürülməsini təmin edəcəklər. Dövlət Statistika Komitəsi mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin edəcək.
BI xəbər verir ki, bu sözləri ekspert Rəşad Əliyev bilidirib.
Bu meyarların müəyyən edilməsi vergiqoyma məsələlərində böyük əhəmiyyət kəsb edirdi. Buna səbəb Vergi Məcəlləsində ilk dəfə olaraq bir qrup vergi ödəyicilərinin vergiqoyma prinsiplərində həmin meyarların nəzərə alınmasıdır. Söhbət mikrosahibkarlıq subyektlərinin vergiyə cəlb edilməsi ilə əlaqədardır.
Məsələn, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən mikrosahibkarlıq subyektləri olan hüquqi şəxslərin mənfəətinin 75%-i mənfəət vergisinə, sahibkar fiziki şəxslərin isə gəlirinin (məcəllə ilə nəzərdə tutulan xərclər çıxıldıqdan sonra) 75%-i gəlir vergisinə cəlb edilmir. Bundan əlavə dividendlərin vergiyə cəlb edilməsi ilə əlaqədarda güzəştlər mövcuddur.
Müəyyən edilmiş yeni meyarlara əsasən illik gəliri 200 min manatı keçməyən və işçilərinin sayı 1-10 nəfər olan vergi ödəyiciləri mikrosahibkarlıq subyektləri hesab ediləcəklər. Həmin subyektlər hər iki tələbə (həm dövrüyyə, həmdə işçiləri sayı) cavab verməlidilər.
Bir sözlə desək, meyarların müəyyən edilməsində 2 göstərici nəzərə alınır: işçilərin sayı və dövrüyyəsi. Burada vergi ödəyicisinin əvvəlki vergi rejimi üzrə heç bir məlumat nəzərə alınmır. Bu o deməkdir ki, həmin meyara cavab verən bütün ƏDV ödəyiciləri (məsələn, dövrüyyəsinə görə ƏDV-yə düşməsədə əvvəlki dövrdə könüllü qeydiyyata duran, və ya əvvəlki dövrdə dövrüyyəsi xeyli aşağı düşmüş ƏDV ödəyiciləri), sadələşdirilmiş vergi ödəyicisi hüququ olmayan (eyni zamanda ƏDV ödəyicisi olmayan, mənfəət və gəlir vergisi ödəyiciləri) və sadələşdirimiş vergi ödəyicisi olan şəxslər mikrosahibkarlıq subyektləri hesab ediləcəklər.
Gözlənilmız nəticələrdən biri odur ki, mikrosahibkarlıq subyekti meyarlarına eyni zamanda bəzi ƏDV ödəyiciləridə cavab verə bilərlər. Belə olan halda onlar 75% (hüquqi şəxslər mənfəət üzrə, sahibkar fiziki şəxslər xalis gəlir üzrə) güzəştdən istifadə edə biləcəklər. Onlar əlavə digər güzəştlərdən istifadə edə biləcəklər. Bunun üçün onlar sadəcə olaraq mikrosahibkarlıq subyekti meyarlarına cavab verməlidirlər. Yəni əvvəlki ilin nəticələrinə görə dövrüyyələri 200 min manatdan çox və eyni zamanda işçilərinin 10 nəfərdən artıq olmamalı.
Vergi Məcəlləsindəki dəyişiklikləri nəzərdən keçirdikdən və yeni Qərarı oxuduqdan sonra ancaq belə nəticəyə gəlmək olar. Əslində bunu çoxdan ehtimal edirdim, amma Qərarın təsdiqlənməsini və son versiyasını gözləyirdim. Amma əminəm ki, bu məsələyə aydınlıq gətiriləcək.