ABŞ kəşfiyyatı koronavirusun mənşəyi ilə bağlı hesabat yayıb
ABŞ kəşfiyyatı COVID-19-un mənşəyi ilə bağlı gizli hesabatının nəticələrini açıqlayıb.
ENA.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
O, virusun bioloji silah inkişafının nəticəsi olmadığı qənaətinə gəlib. Əsas versiyalar arasında insanın yoluxmuş heyvanla təması və ya laboratoriyadan sızma göstərilir.
“Bütün mövcud kəşfiyyat hesabatlarını və digər məlumatları araşdırdıqdan sonra, kəşfiyyat cəmiyyəti COVID-19-un ehtimal olunan mənşəyi ilə bağlı fikir ayrılığını saxlayır”, – deyə mesajda bildirilir.
ABŞ kəşfiyyatı birliyi COVID-19-un mənşəyi ilə bağlı bir sıra əsas suallarda razılığa gəlməyi bacarıb. Birincisi, qurum virusun bioloji siyah inkişafının olmadığını müəyyən edib. Bundan əlavə, kəşfiyyat hesab edir ki, Çin hakimiyyəti epidemiyadan əvvəl virusdan bixəbər olub.
Mütəxəssislər COVID-19-un mənşəyi ilə bağlı ən inandırıcı olan iki hipotezi nəzərdən keçirirlər Birincisi – insanın virusla yoluxmuş heyvanla və ya 99% SARS-CoV-2-ə bənzər bir virusla təbii təmasıdır. İkincisi – laboratoriya sızmasıdır. Dörd kəşfiyyat xidməti və Milli Kəşfiyyat Şurası “az inamla” birinci versiyaya sadiq qalır. Daha üçü əlavə məlumat olmadan koronavirusun mümkün mənşəyinin izahını təyin edə bilmədiyini açıqlayıb.
ABŞ-ın Milli Kəşfiyyat İdarəsi kəşfiyyat xidmətlərinin nəticələrindəki fərqi onların alınan məlumatları necə qiymətləndirdikləri, habelə kəşfiyyat və elmi məlumatların əldə edilməsindəki boşluqlarla izah edir. ABŞ kəşfiyyatı erkən yoluxma hadisələri haqqında yeni məlumat almadığı təqdirdə, COVID-19-un mənşəyi haqqında daha dəqiq bir açıqlama verə bilməyəcəyini israr edir.
“Bununla belə, Pekin qlobal araşdırmalara mane olmağa, məlumat paylaşımına müqavimət göstərməyə və ABŞ da daxil olmaqla digər ölkələri günahkarlamağa davam edir. Bu hərəkətlər qismən Çin hökumətinin istintaqın nəyə gətirib çıxara biləcəyi ilə bağlı qeyri-müəyyənliyi və beynəlxalq ictimaiyyətin ona siyasi təzyiq göstərmək üçün istifadə edəcəyindən qorxduğunu sübut edir”, – sənəddə edilir.
“The Washington Post” qəzetinin yazdığına görə, gizli kəşfiyyat hesabatı ABŞ prezidenti Co Baydenə 24 avqustda təqdim edilib. Bayden açıqlamasında “Çinin bu günə qədər pandemiya qurbanlarının sayı artmağa davam etsə də, şəffaflıq çağırışlarını rədd etməyə və məlumatları gizlətməyə davam etdiyini söyləyib. “Dünya cavablara layiqdir və biz onları əldə etməyənə qədər sakitləşməyəcəyəm”, – prezident vurğulayıb.
Çinin Vaşinqtondakı səfirliyi ABŞ Kəşfiyyat İdarəsinin koronavirusun mənşəyi ilə bağlı hesabatını tənqid edib. “ABŞ kəşfiyyat orqanları tərəfindən hazırlanan hesabat elmi cəhətdən inandırıcı deyil. Koronavirusun mənşəyini öyrənmək elmi məsələdir, bunu kəşfiyyat mütəxəssisləri deyil, yalnız elm adamları etməlidir”, – deyə diplomatik nümayəndəliyin açıqlamasında göstərilir.