Vakansiyalar

“ENGİNET” işçi axtarır - VAKANSİYA

“ENGİNET” MMC “Müştəri xidmətləri təmsilçisi” vəzifəsi üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

• Şirkətə müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
• Müraciət edən müştəriləri dinləmək, problemlərini araşdırmaq və lazımi tədbirləri təmin etmək;
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirmək;
• Vəzifə təlimatına uyğun digər tapşırıqları yerinə yetirmək.

Namizədə verilən tələblər:

• Ali təhsil;
• Yüksək səviyyədə ünsiyyət qabiliyyəti;
• Müştəri yönümlülük;
• Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığı;
• MS Office proqramları üzrə biliklər;
• Komandada işləmək bacarığı;
• Məsuliyyətlilik, stressə davamlılıq, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

İş qrafiki: 6 günlük iş rejimi. I-V günlər - 09:00-17:00; VI gün -10:00-14:00.

Əmək haqqı: 450 AZN net.

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV-lərini hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Müştəri Xidmətləri təmsilçisi” yazmaqla göndərə bilərsiniz.

Telefon: (012) 599 11 96/97
Ünvan: Bakı şəhəri, AZ 1009, Mirzə İbrahimov küçəsi 53.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department