Elm və Texnologiya

Türkiyədə avtomobil hərəkətinin yaratdığı hava axınından enerji çıxarılır

İstanbulda avtomobillərin hərəkəti nəticəsində yaranan hava axınından enerji alan külək turbinləri quraşdırılmağa başlayıb.

ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, bu konstruksiya “ENLIL” adını alıb, İstanbul Texniki Universiteti və “Devecitech” şirkəti tərəfindən yaradılıb.

Layihənin ideyası türk mühəndis Kərəm Devecinin “Metrobüs” sürətli avtobus marşrutu ilə gedərkən yaranıb. Onda Deveci keçən avtomobillərin yaratdığı külək axınının enerji çıxarmaq üçün kifayət edə biləcəyini düşünüb. Külək turbininin ilk prototipini sahibkar öz evində qurub.

Turbinlər o qədər yığcamdır ki, onları çoxmərtəbəli binaların yanına və ya damlarına quraşdırmaq mümkün olub. Konstruksiya günəş panelləri ilə təchiz olunduğundan eyni anda iki növ enerji emal edir.

Bundan əlavə, “ENLIL” üzərinə rütubət, karbon qazı tullantıları və seysmoloji aktivliyi ölçən sensorlar quraşdırılıb. Toplanan məlumatlar avtomatik olaraq bələdiyyə binasına göndərilir.

Mütəxəssislərin fikrincə, külək turbinləri bərpa olunan enerji mənbələrindən istifadə edərək zəruri tullantıların azaldılmasına kömək etməlidir. Onların sözlərinə görə, gələcəkdə bu layihə beynəlxalq bazara çıxa bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)