Elektron formada qısa idxal bəyannaməsi verməyənlər - CƏRİMƏLƏNƏCƏK
Azərbaycanda elektron formada qısa idxal bəyannaməsi verməyənlərə cərimələr tətbiq olunacaq.
"BI" xəbər verir ki, bu barədə məsələ bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməsini nəzərdə tutur.
Təklif olunan dəyişikliyə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 500 manat məbləğində cərimə olunacaqlar.