Şirkət "satış mütəxəssisi" axtarır - VAKANSİYA
2021-ci ildən fəaliyyətə başlayan SoWhite bridal Bakıda gəlinlik ve ziyafət geyimlərinin satışı ilə məşğuldur. Özündə bir çox premium Avropa, ərəb və Amerika couture markalarını birləşdirən butik şəhərin ən mərkəzi küçələrindən birində yerləşir.
SoWhite bridal room’a hal hazırda satış mütəxəssisi tələb olunur.
Vəzifə öhdəlikləri:
• Satışı həyata keçirmək və müştəri bazasını inkişaf etdirmək
• Magazada və anbarda məhsulların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilmək
• Müştəriləri gülərüz və nəzakətlə qarşılamaq, onlara seçim etmək üçün yardımçı olmaq və məmnuniyyəti təmin etmək
• Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilmək, analiz edə bilmək
• Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilməyi bacarmaq
• Mağazanın sosial şəbəkə hesablarını idarə etmək, müştərilərin suallarını online şəkildə də nəzakətlə cavablandırmaq, istiqamətləndirmək və məmnuniyyəti təmin etmək
Vəzifəyə dair tələblər:
• 40 yaşa qədər xanım namizədlər
• Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
• Müvafiq satış sahəsində ən az 1 il iş təcrübəsi
• Azərbaycan ve rus dili mukəmməl, ingilis dili arzu olunandır
• Satış bacarıqları
• Ünsiyyət bacarıqları
• Məqsədyönlülük
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
• Satışları təhlil etmə bacarığı
• Xoş və səliqəli zahiri görünüş
İş qrafiki: 6 günlük iş həftəsi
İş saatı: 10:00-20:00
Əmək haqqı: 500 azn + Bonus
Vakansiyaya müraciət üçün CV’nizi “Satış mütəxəssisi” mövzusu ilə sowhitebridal.co@gmail.com e-mail adresinə göndərməyiniz xahiş olunur.