Dövlət Komitəsində yeni kadr təyinatı olub
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsinə yeni şöbə müdiri təyin olunub.
Məlumata görə, bu vəzifəyə Məmmədov Həsən Surxay oğlu təyin edilib.
Qeyd edək ki, H.Məmmədov bundan öncə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib.