Bank

9 bankın qeyri-faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun bu ilin I yarısındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Bank of Baku”, “Azər-Türk Bank”, “Naxçıvan Bank”, “Günay Bank”, “Premium Bank”, “Bank Respublika” və “Xalq Bank” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (65%), ən az azalma isə “Bank of Baku”da (4,8%) qeydə alınıb.

Qalan 17 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (2,6 dəfə), ən aşağı dinamika isə “Yelo Bank” ASC-də (0,1%) qeydə alınıb. 

5 bankın qeyri-faiz gəlirləri 15 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı qeyri-faiz gəlirləri 15 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (136 milyon 999 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (99 milyon 33 min manat), “PAŞA Bank” (59 milyon 853 min manat), “Unibank” (18 milyon 209 min manat) və “Muğan Bank” (15,4 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 2-də qeyri-faiz gəlirləri 10-15 milyon manat arasında, 16 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department