Nazir müavini: “Kənd təsərrüfatı məhsullarının istehsalına verilən güzəşt milyard manatlarla ölçülür”

"1999-cu ildə bu günə qədər biz kənd təsərrüfatı məhsullarının istehsalına güzəşt edirik”.
“BI” xəbər verir ki, bunu mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
A.Ələkbərov deyib ki, bundan sonra daha 5 il müddətinə bu güzəşt davam edəcək.
“Bu vaxta qədər aqrar sahəyə verdiyimiz güzəşt milyard manatlarla ölçülür", - deyə Sahib Ələkbərov vurğulayıb.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir.