Xidməti müqavilə mübahisələrinə - AYDINLIQ GƏTİRİLDİ

“Xidməti müqavilə ilə işləyənlər vergi güzəştlərini cari vergi ödənişləri vaxtı nəzərə alacaqlar. Mikro vergi ödəyicisi hər rübdən sonrakı ayın 20-dək vergi məbləğindən 75% güzəşti çıxaraq qalan məbləği dövlət büdcəsinə köçürəcəkdir”.
"BI" xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.
- Eləcə də bax: "Zəruri tədbirlər görüləcək"
“Yəni büdcəyə artıq vergi ödənişi olmayacaqdır.Tutaq ki, vergi ödəyicisi 10 min manat gəliri əldə etmək üçün 8 min manat xərc çəkib. Qalan 2 min manat gəlir və ya mənfəətdən 20% vergi vergi hesablanır. Hesablanmış 400 manat vergidən 75% güzəşt, yəni 300 manat çıxılır və 100 manat dövlət büdcəsinə ödənilir”.