MALİYYƏ

"Sahibkarlara gəlir və mənfəətdən 75 vergi güzəşti tətbiq ediləcək"

Vergi Məcəlləsi 2019-cu ildən köklü surətdə dəyişir. 

"BI" xəbər verir ki, əsas dəyişikliklərlə bağlı Vergilər Nazirliyinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev məlumat verdi.

Onun sözlərinə görə, 2019-cu ildən sadələşdirilmiş vergi vahid bir rəqəmlə 2 faizlə ifadə olunacaq. Bundan başqa, sahibkarlara gəlir və mənfəətdən 75 vergi güzəşti tətbiq ediləcək. Ə.Quliyevin sözlərinə görə, dəyişikliklərlə gələn ildən sahibkarların bank hesabından vəsaitin silinməsi ilə bağlı məsələləri də tənzimlənib. "Vergi ödəyicisi vergi orqanından şikayətçi olduğu zaman onun bank hesabından vəsaitin silinməsi dayandırılacaq". Mühasibat uçotunu elektron formada aparanlar da bəzi güzəştlər alacaq.

Məsələn, maliyyə sanksiyası 50 faiz olduğu halda, mühasibat uçotunu elektron aparanlara 25% şamil ediləcək. Ümumiyyətlə, sahibkar nağdsız dövriyyəni artdıqca onun vergi yükü azalacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department