ENA+

Əşrəf Qani Omana sığındı

Əfqanıstanı tərk edən Prezident Əşrəf Qani qısa müddət Tacikistanın paytaxtı Düşənbədə qaldıqdan sonra Omana uçub.

ENA.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Tacikistan bürosu məlumat yayıb.

Məlumata görə, Tacikistan tərəfi Əşrəf Qaninin təyyarəsinin Özbəkistan, Türkmənistan və İran ərazisindən keçməsi üçün bu ölkələrin rəhbərliyi ilə razılığa gəlib.

Xatırladaq ki, avqustun 15-də “Taliban” üzvləri Əfqanıstanın paytaxtı Kabili döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk etmək məcburiyyətində qalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)