Qarabağ

“Laçın dəhlizi”ndən Qarabağa gündə 200 maşın keçir - RƏSMİ

2020-ci ilin noyabr ayından indiyə kimi Rusiya sülhməramlı kontingentinin hərbçiləri 58 mindən çox nəqliyyat vasitəsinin və 210 minə yaxın insanın Laçın dəhlizi ilə Qarabağa və geriyə hərəkətini təmin ediblər.

ENA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

“Müşahidə postunun şəxsi heyəti atəşkəs rejiminə riayət olunmasını nəzarətdə saxlayır, nəqliyyat vasitələrinin Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyini təmin edir, hər bir nəqliyyat vasitəsinə baxış keçirilərkən lazım gələrsə, axtarış aparılır. Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir”,-deyə Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Vasili Davıdov qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)