“Az-Evro Tel”in direktoru dəyişib
![](https://ena.az/uploads/news/2021-08/_ena_56627059b6315bf24583c425a_o.jpg)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin törəmə müəssisəsi “Az-Evro Tel” MMC-nin direktoru Hidayət Ağayev vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, şirkətə rəhbərlik Ramil Baxşiyevə həvalə olunub.
Xatırladaq ki, “Az-Evro Tel” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min ABŞ dollarıdır. Şirkət rabitə operatorudur, korporativ və fərdi istifadəçilərə geniş telekommunikasiya xidmətləri təqdim edir.