BİZNES

AZAL-ın rəhbərliyinə məxsus şirkət ləğv edilir

“Şüvəlan P.F.K” MMC müflis olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ-1061 Bakı şəhəri, Xəzər rayonu, L.Starçuk küçəsi, ev 19D ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu şirkət 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 manatdır və qanuni təmsilçisi Fikrət Hüseynovdur. MMC-nin Cahangir Əsgərova aid olduğu bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)