Rusiya aviaşirkəti Perm-Bakı istiqamətində uçuşlara başlayır
Rusiyanın “Nordwind” hava yolları şirkəti 18 avqustdan etibarən Permdən Bakıya uçuşlara başlayacaq.
ENA.az xarici KİV-lərə istinadən xəbər verir ki, aviareyslər həftədə bir dəfə olmaqla, hər çərşənbə günü həyata keçiriləcək.
Məlumatda qeyd edilib ki, ilk aviareys avqustun 18-i tarixinə nəzərdə tutulub. Aviareyslər "Boeing-737" təyyarəsi ilə həyata keçiriləcək.
Xatırladaq ki, Permdən Bakıya “Ural Hava Yolları” aviaşirkəti də uçuşlar həyata keçirir.
Qeyd edək ki, “Nordwind” şirkəti Rusiyanın ən böyük aviaşirkətlərindən biridir.