Azərbaycan Kredit Bürosunun rəhbərliyinə təyinat

“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Müşahidə Şurasında dəyişiklik olub.
ENA.az xəbər verir ki, Şuranın üzvü olan Elşən Bədirxanovu Elçin Qədimov əvəz edib.
Onların hər ikisi Büroda “Rabitəbank” ASC-ni təmsil edir. E.Bədirxanov yaxın vaxtlara qədər Bankın İdarə Heyətinin sədr müavini olub. Hazırda isə həmin vəzifəni E.Qədimov tutur.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.