Bank

Rusiyanın Azərbaycandakı bankının ani likvidlik riski varmı?

Rusiyanın VTB bankının Azərbaycandakı törəməsinin açıqladığı rəqəmlərə nəzər salsaq görərik ki, ani likvidlik riskində likvidlik qəpi (-14 milyon 149 min) manat təşkil edir. Yəni, hər hansı gözlənilməz vəziyyət yaranarsa və bank götürdüyü əmanətləri və digər öhdəliklərini tam olaraq ani geri qaytarmaq riski ilə üzləşərsə, 14 milyondan yuxarı vəsaiti çatmayacaq.

Belə ki, bankın ani aktivləri 47 milyon manat olduğu halda, ani öhdəlikləri 61 milyon manatdır. Bunun 60 milyon manatı müştərilərin tələbli depozitləridir. 1 milyon manatı isə kredit təşkilatları və digər maliyyə qurumlarından əldə edilmiş vəsaitlərdir.

Lakin öhdəliklərin ani olaraq, eyni vaxtda geri çəkilməsi fiziki cəhətdən belə mümkün deyil. Buna görə də bank mütəxəssisləri daha çox 30 günədək olan müddətlərə baxmağı tövsiyə edir. Bu müddətdə baxdıqda isə bankın ciddi likvidlik riski olmadığı üzə çıxır. Hesabata baxsaq, ödəniş müddətinin bitməsinə 8-30 gün qalmış aktivlərin həcmi 17 milyon 553 min manatdır, öhdəliklərin həcmi isə 1 milyon 484 min manat təşkil edir. Bu isə o deməkdir ki, bankın fəaliyyətində likvidlik əmsalı üzrə minimal 30% normasına əməl olunur.   

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)