“Aqrarkredit”in Müşahidə Şurasının sədri dəyişdi
“Aqrarkredit” bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasına yeni sədr təyin edilib.
Bu, Ziyəddin Allahverdiyevdir.
O, həm də Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiridir və paralel tutduğu vəzifədə Razim Vəliyevi əvəz edib.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,669 milon manatdır. BOKT 100% dövlətə məxsusdur.