Sosial iqtisadiyyat

Bu restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 442 ictimai iaşə obyektində 753 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

ENA.az xəbər verir ki, Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hüseynov 70, m 1 ünvanında yerləşən, fiziki şəxs Tağızadə Orxan Üzeyir oğluna məxsus restoran;

2. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və A.Nemətulla küçələrinin kəsişməsində yerləşən fiziki şəxs Tuncay Hakan Bayrı oğluna məxsus restoran;

3. Bakı şəhəri, Səbail rayonu, Puşkin 12 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rövşən Səfər oğluna məxsus “Unbar” kafesi;

4. Yevlax şəhəri, Qanbay Quliyev küçəsində yerləşən, fiziki şəxs Ağayev İlqar İrşad oğluna məxsus “Sənəm” restoranı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department