Qarabağ

ABŞ səfiri Zəngəzurda olub

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Zəngəzura (Sünik vilayəti) səfər edib.

ENA.az xəbər verir ki, səfirlə birlikdə bölgəyə "USAID Armenia"nın direktoru Con Allelo da gedib.

Con Allelo bölgəyə ilk dəfə səfər etdiyini bildirərək USAID-in orada çoxsaylı proqramlar reallaşdırdığını da vurğulayıb.

Qeyd edək ki, Linn Treysi bu ilin aprelində də Zəngəzura səfər edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)