BİZNES

Azərbaycan-İraq Biznes Şurası yaradıla bilər

“Azərbaycanla İraq arasındakı ticarət dövriyyəsi son 1 ildə 40% artsa da, vəziyyət ikitərəfli münasibətlərə uyğun deyil. Ölkələr arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur”.

ENA.az xəbər verir ki, bunu Azərbaycan və İraq arasında Birgə Komissiyanın Bakıda keçirilən II iclasında komissiyanın Azərbaycan tərəfdən həmsədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

“Birgə Komissiyanın əsas vəzifələrindən biri yeni əməkdaşlıq imkanlarını yaradılmasıdır. Bu baxımdan Azərbaycan-İraq Biznes Şurasının yaradılmasınını dəstəkləyirik”, - deyən nazir qeyd edib.

İclasdan sonra İraq nümayəndə heyəti Bakının Qaradağ rayonunun Ələt qəsəbəsindəki Azad İqtisadi Zonada olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)