BP 8 milyard dollara yaxın xalis mənfəət əldə edib
Böyük Britaniyanın aparıcı enerji şirkəti “British Petrolium” (BP) bu ilin I yarısında 7,783 milyard ABŞ dolları məbləğində xalis mənfəət əldə edib. Halbuki, şirkət ötən ilin eyni dövründən 21,213 milyard dollar zərərlə çıxmışdı.
ENA.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, yanvar-iyun aylarında BP-nin gəlirləri 74,09 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 43% çoxdur.
Hesabat dövründə BP-nin neft ekvivalentində sutkalıq karbohidrogen hasilatı 11,3 % azalaraq 3,242 milyon barel olub. Şirkət bu ilin III rübündə karbohidrogen hasilatı həcminin II rübün göstəricisindən çox olacağını gözləyir. Bu, mövsümü təmir işlərinin bitməsi və iri layihlərin aktivləşməsi ilə əlaqələndirilir.