“Lexus” tarixindəki ən kiçik krossover buraxacaq – Foto
Yaponiyanın “Lexus” markası tarixindəki ən kiçik krossover buraxmağı planlaşdırır.
ENA.az bu barədə “İz.ru”ya istinadən xəbər verir. Verilən məlumata görə, model “Toyota Yaris Cross” bazasında yaradılacaq.
Avtomobil 1.5 litrlik üç silindrli 80 at gücündə benzin mühərrik, elektrikli mühərrik və litium-ion batareyaları komplekti ilə təchiz ediləcək. Yenilik 2023-cü ildə satışa çıxarılacaq və “Audi Q2”, o cümlədən “BMW X1” avtomobillərinə rəqib olacaq.
Xatırladaq ki, martın 30-da “Lexus” elektrikli “LF-Z Electrified” krossoverini buraxıb. Model markanın 2025-ci ildən sonra istehsal edəcəyi elektrikli və hibrid avtomobillərinin necə görünəcəyinə dair təsəvvür yaradır.