MALİYYƏ

ARDNF investisiya portfelində beynəlxalq qurumların payını artırıb

Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 36,7%-i 1 ilə qədər, 24,9%-i 1 ildən 3 ilə qədər, 21,5%-i 3 ildən 5 ilə qədər, 16,9%-i isə 5 ildən artıq müddətə yerləşdirilib.

ENA.az bu barədə Fonda istinadən xəbər verir.

Bu rəqəmlər ötən il iyulun 1-də müvafiq olaraq 33,2%, 31,9%, 20,9% və 14% təşkil edib.

Hesabat tarixinə ARDNF-in investisiyalarında Avropa ölkələrinin payı 30,45%, Asiya-Sakit Okean regionu ölkələrinin payı 21,43% olub. Bu rəqəmlər ötən ilin iyunun sonuna müvafiq olaraq 29,33% və 35,53% təşkil edib.

Digər regionlardan Şimali Amerikanın payı 27,07%-dən 26,07%-ə, Avstraliya və Yeni Zelandiyanın payı 1,13%-dən 1,16%-ə, Yaxın Şərq regionunun payı 0,73%-dən 1,36%-ə, Cənubi Amerika regionunun payı isə 0,05%-dən 0,04%-ə dəyişib.

İl ərzində ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 60,39%-dən 60,87%-ə çatıb, inkişaf etməkdə olan ölkələrin payı isə 33,46%-dən 19,64%-ə düşüb, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,15%-dən 6,42%-yə qalxıb. Qalan 13,07%-lik isə qızıla aiddir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)