Neft bahalaşmağa başlayıb
Birjalarda neftin qiyməti yenidən bahalaşaraq 75 dollar/barelə çatır.
ENA.az xəbər verir ki, ICE birjasında sentyabr fyuçerslərində Brent markalı xam neftin bir barreli 35 sent, yaxud 0.47% bahalaşmaqla 74.85 dollar olmuşdur.
WTI nefti NYMEX birjasında sentyabr fyuçersləri üzrə 24 sent, yaxud 0.33% bahalaşmaqla 72.15 dollar olub.