Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri vəzifəsinə işçi TƏLƏB OLUNUR
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri vakansiyasını elan edir!
Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Tərəfdaşlarla İş üzrə aparıcı mütəxəssis axtarışındadır.
Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər.
Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri vakansiyasının iş tələblərinə aşağıdakılar aiddir:
- Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması;
- Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
- Müxtəlif layihələr üzrə xarici və daxili bazar araşdırmaları,
- Beynəlxalq donor təşkilatları ilə işin təşkili və layihələrə müraciətlərin edilməsi;
- Beynəlxalq tədbirlərin araşdırılması və qurumun iştirakının təmin edilməsi;
- Beynəlxalq reytinq, indeks və mükafatların araşdırılması və iştirakın təmin edilməsi;
- Rəhbərliyin tapşırığı ilə hesabatların, arayış, təqdimat və digər sənədlərin hazırlanması;
- İşgüzar etiket və protokol qaydalarına riayət.
Tələb olunur:
- Ali Təhsil (Uyğun və yaxın sahələrdə)
- Minimum 2 il idarəçilik təcrübəsi
- Dil bilikləri – Azərbaycan, İngilis (mükəmməl), rus və digər dillər (üstünlük)
Davranış bacarıqları:
- Mükəmməl kommunikasiya və təqdimat bacarıqları;
- Hesabatlılıq və şəxsi məsuliyyətlilik;
- Idarəetmə təcrübəsi və komanda ruhunun formalaşdırılması bacarığı;
- Yenilikçilik və yüksək təşəbbüskarlıq;
- Yaradıcı, praqmatik, konseptual bacarıqlar.
Biz təklif edirik:
• Rəqabətə davamlı əmək haqqı
• Performansa görə mükafatlandırma
• Tibbi siğorta
• Zəngin təcrübə və peşəkar inkişaf
• Müasir standartlara cavab verən işyeri və ən son texnologiyalarla təminat
• Mehriban və inklüziv mühit
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.
*Yalnız bu tələbləri qarşılayan namizədlərin müraciət etmələrini xahiş edirik.
Müraciət üçün