Müxtəlif sahələr üzrə işçilər tələb olunur - VAKANSİYALAR
Vakansiya 1
İşəgötürən: Universal Təchizat ASC
Vəzifə: Sürücü
Namizədə tələblər
- Ali təhsil və ya orta ixtisas,
- "B" kateqoriyalı sürücülük vəsiqəsi,
- Avtomobil idarəedilməsi üzrə ən azı 3 illik iş təcrübəsi,
- İntizamlı və məsuliyyətli olmalı
- Yaş həddi: 27 – 35 arası
- Əmək haqqı 600-700azn
E-mail: nteymurova@yahoo.com
***
Vakansiya 2
Mühafizəçi
Müxtəlif təyinatlı layihələr üzrə Təhlükəsizlik işçisi işinə aşağıda qeyd edilən tələblərə cavab verən namizədlər fərdi müsahibəyə dəvət edilirlər: cv@muhafizeci.az
• 20 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları;
• Müddətli həqiqi hərbi xidmət keçmiş ( qadınlar, müstəsna hallarda qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ
olanlar və azad edilənlər ) şəxslər;
• Məhkumluğu olmayan ( xüsusən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunan və əvvəllər məhkum olunmuş ) şəxslər;
• Fiziki cəhətdən sağlam ( tibbi rəy təqdim etməklə ) şəxslər;
• Boyu 1.75 m.-dən az olmayan ( çəkisi boyuna uyğun gələn ) şəxslər;
• Ali və ya orta təhsilli ( aidiyyatı kursları bitirmiş, müvafiq təcrübəyə malik olan və əcnəbi dilləri bilən gənclərə üstünlük verilir ) şəxslər.
İşin əsas xüsusiyyətləri:
• 24 saat ərzində fasiləsiz olaraq növbəlilik qrafiki əsasında;
• Əmək haqqı- 600 Azn;
• Xüsusi geyim və növbə ərzində 1 dəfə yeməklə təminat.
QEYD: Elanda qeyd edilən tələblərə uyğun gəlməyən şəxslərin namizədliyinə baxılmayacaqdır.
***
Vakansiya 3
İşəgötürən: Chaplin Coffee
Vəzifə: Kassir
- İşə götürən: Chaplin Coffee.
- İş qrafiki: 9-10 saat iş saatı növbəli şəkildə.
- Əmək haqqı: 450 AZN.
- Sabit əmək haqqı deyil , zamanla artım olacaq.
- İstirahət günləri: Həftədə 1 dəfə.
Vəzifəyə və namizədə uyğun tələblər:
- Rus və İngilis dillərindən hər hansı birini bilməsi arzu olunandır.
- Xoş görünüşlü , səliqəli xanımlar.
- İşə hakim olan namizədlərə üstünlük veriləcəkdir.
- Yaş həddi: 18-35
Ünvan : Səbail rayonu. İstiqlaliyyət küçəsi . Sabir bağı ilə üzbəüz
Vakansiya ilə bağlı maraqlanan namizədlər e-mail adresimizə öz CV-lərini göndərə bilərlər və yaxud ünvana yaxınlaşa bilərlər.
E-mail: suretagayev@gmail.com
***
Vakansiya 4
İşəgötürən: NBA Technologies International LLC
Vəzifə: Çağrı Mərkəzinə Operator
Fiziki qüsürlu və səlis nitqi olan insanlar üçün NBA Technologies İnternational MMC şirkəti Çağrı Mərkəzinə Operator vəzifəsinə vakansiya elan edib.
Vəzifə öhdəlikləri:
- Zəngləri cavablandırmaq
- Telefon vasitəsi ilə müştəri sorğularını idarə etmək
- Müştəri şikayətlərini idarə etmək və həll etmək
- Müştərilərə məhsul və xidmət məlumatları vermək
- Sistemə yeni müştəri məlumatlarını daxil etmək
- Mövcud müştəri məlumatlarını yeniləmək
- Əsas prioritetli məsələləri müəyyənləşdirmək və üzərində işləmək
- Daxil olan zənglərin müvafiq mənbəyə yönəltmək
- Bütün zəng məlumatlarını standart əməliyyat prosedurlarına uyğun sənədləşdirmək
Vəzifə üçün lazım olacaq biliklər:
- Ali təhsil
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, ingilis dili arzuolunandır;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı (Word, Excel, PowerPoint);
Bacarıqlar:
- Şifahi və yazılı şəkildə ünsiyyət bacarıqları Aydın nitqə sahib olma
- Dinləmə bacarıqları
- Uyğunlaşma bacarığı və Komanda şəklində işləmək bacarığı
- Stresə qarşı dözümlülük
- İdarəetmə və problem həlletmə bacarığı;
- Dürüst, punktual, diqqətli olmalı və ünsiyyət qurmağı bacarmalıdır.
İş haqqında məlumat:
• İş yeri: Babək Plaza ; Xətai rayonu
• İş saatı: 09:00-18:00;
Qeyd: Müraciət edənlərdən cv-lərini hr@nbatech.az email ünvanına göndərmələri və mövzu hissəsində “Call Centre” yazmaları xahiş edilir.
***
Vakansiya 5
Ev işlərində köməkçi
Tələblər:
• Ev işlərində bacarıqlı, təmizkar və səliqəli olmalı;
• Nizam intizamlı, məsuliyyətli, işində dəqiq və güvənilir olmağı vacib şərtdir;
• Yaş həddi: 35 - 45 yaş.
Vəzifələr:
• Evdə təmizlik işlərinin aparılması;
• Paltarların yuyulub ütülənməsi;
• Ev sakinləri üçün yeməyin hazırlanması.
İş barədə məlumat:
• İş qrafiki: Həftənin 6 günü saat 10:00-20:00, 1 gün istirahət günü;
• Yaşayış yeri Masazırda yerləşir, yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək (Yalnızdırsa ailə ilə yaşaması da mümkündür);
• Əmək haqqı danışıq yolu ilə (minimal 600 AZN).
Bu tələblərə uyğun namizədlər mövzu yerində “Ev işlərində köməkçi” qeyd edərək CV-lərini manager.recruitret@gmail.com elektron ünvanına göndərə bilərlər.
***
Vakansiya 6
İşəgötürən: Offissa Dizayn Ko MMC
Vəzifə: Satış müdiri ( Ofis mebelləri üzrə)
İş barədə məlumat (Vəzifəyə dair tələblər):
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
- Zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
- Yeni satış məntəqələrinin araşdırılıb tapılmasını təmin etmək
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi
- Satış menecerlərinin fəaliyyətini təşkil və idarə etmək;
- Satış menecerlərinin dövriyyələrinə nəzarət etmək
İşçiyə dair tələblər:
- Təhsil: ali
- Müvafiq sahəsə ən azı 1 il iş təçrübəsi
- Kompüter biliyi: MS Office proqramları;
- Dillər: Azərbaycan, ingilis dili (Rus dili bilməsi arzuolunandır)
- Yaş həddi: 25-40;
- Şəxsi keyfiyyətləri:
- Liderlik;
- Fikrini izah etmək qabliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: bazar günü
- Əmək haqqı 1000 AZN başlayır
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək Kamala.a@offissa.com ünvanına göndərin.