Rəsmi

Prezident Türkiyəyə yeni səfir təyin etdi, Xəzər İbrahimi geri çağırdı

Prezident İlham Əliyev Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfirinin vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Xəzər Zafir oğlu İbrahim Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə,  Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department