Əhali bir ayda banklardan 207 milyon əmanətini geri çəkib - RƏSMİ GÖSTƏRİCİLƏR

Bu il iyulun 1-nə Azərbaycan banklarındakı fiziki şəxslərin əmanətlərinin həcmi 8 milyard 270,7 milyon manat təşkil edib. Son bir ayda əhalinin banklardakı əmanətləri 207,3 milyon manat azalıb. Xatırladaq ki, 2021-ci ilin may ayının sonuna banklardakı əmanətlərin həcmi 8 milyard 478.0 milyon manat təşkil edirdi.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2,3% azdır.
Bununla belə, banklara əmanət qoyuluşu ilin əvvəlinə nisbətən 3,15%, son 1 ildə isə 9,5% artım göstərir.