Ağalarovun Azərbaycandakı şirkətinə rəhbər təyin edilib

Azərbaycanda biznesmen Araz Ağalarovun biznes budaqlarından birinə rəhbər təyin edilib.
Xəbərə görə, Zaur Darab-Zadə “Crocus Plus” MMC-nin Baş icraçı direktoru təyin edilib. Z.Darab-Zadə “Cinema Plus” kinoteatrının İdarə Heyətinin sədri idi.
Buna qədər isə bu vəzifədə bu biznesin sahibi Araz Ağalarovun yaxın qohumu olan Cəmilə Ağalarova idi. C.Ağalarova “Crocus” brendi altında fəaliyyət göstərən 4 şirkətin hazırda Baş icraçı direktorudur.