Mühəndislər fiber optik üzərindən məlumatların saniyədə 319 Tbit sürətlə ötürülməsinə nail olublar
Yaponiyalı mühəndislər fiber optik naqillər vasitəsilə məlumatların saniyədə 319 Tbit (terabit) sürətlə ötürülməsinə nail ola biliblər. Bu yeni dünya rekordu 3000 km uzunluğa sahib fiber optik sistem üzərində əldə olunub. Beləliklə əldə edilmiş yeni dünya rekordu əvvəlkindən 2 dəfə böyükdür. Belə ki, hələ keçən il mühəndislər məlumatların saniyədə 178 Tbit sürətlə ötürülməsinə nail olmuşdular. Bununla belə NASA agentlyii məlumatları saniyədə 400 Gbit sürətlə ötürür. Məlumdur ki, Yaponiyanın, Yeni Zelandiyanın və ABŞ-ın bəzi regionlarında ev internetinin maksimal sürəti saniyədə 10 Gbit təşkil edir.
Yaponiyalı mühəndislər mövcud olan fiber optik infrastrukturun təkmilləşdirilməsi və siqnalların ötürülməsi üzrə yeni texnologiyanın istifadəsi hesabına bu cür yeni dünya rekorduna imza atıblar. Mühəndislər bir qəlibli naqillərin əvəzinə 4 qəlibdən ibarət naqillərdən istifadə ediblər və hər bir siqnalı eyni anda ötürülən bir neçə dalğa uzunluqlarına ayırıblar. Məlumatların standart ötürülməsi üsulunda yalnız bir qəlibdən istifadə edilir. Lakin mühəndislərin istifadə etdikləri yeni üsulda 4 qəlib eyni anda işə düşüb.