ENA+

“Fly Dubai” sifariş etdiyi 65 ədəd “Boeing” təyyarəsindən imtina edib

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus “Fly Dubai” aviaşirkəti ABŞ-ın “Boeing” korporasiyasına sifariş verdiyi 237 təyyarəsinin 65-dən imtina edib.

ENA.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, buna səbəb koronavirus pandemiyasının aviasiya sektoruna mənfi təsiridir.

Xatırladaq ki, 2017-ci ildə imzalanmış müqavilə çərçivəsində “Boeing” “Fly Dubai”yə ötən ay 2 ədəd “Max 8” markalı təyyarə çatdırmışdı, bu ilin sonuna kimi isə daha 11 təyyarənin çatdırılması planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)