SMTS MMC işçi axtarır - MAAŞ 2000-3000 MANAT
İnşaat Meneceri
Vəzifə öhdəlikləri:
- İnşaat prosesinin təşkili və aparılması; İnşaat sahəsində bütün növ işlərin layihəyə, təhlükəsizlik qaydalarına, tikinti standardlarına, texniki spesifikasiyaya tam uyğun aparılmasına nəzarət etmək.
- İnşaat işlərinin gedişatına, təşkilinə və keyfiyyətinə nəzarət etmək; gündəlik iş tərəqqisini nəzərdən keçirmək və hesabat hazırlamaqla rəhbərliyi məlumatlandırmaq; İnşaat işlərində və sahədə işçilərə olan tələbatı müəyyən etmək;
- İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
- Layihədə dəyişikliklər və ya hər hansı razılaşma, rəhbərliyin təlimatları barədə layihəçi-memarlarla, texniki nəzarətçilərlə, subpodratçılarla, təchizatçılarla müzakirələr aparmaq;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir. Subpodratçıların tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir. Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, işlərinə nəzarət edir və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
- İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edir;
- Tikinti sahəsində olan zərərləri, hadisələri, gecikmələri araşdırmaq, koordinasiya etmək və bunlara qarşı düzgün tədbirlərin görülməsini təmin etmək;
- Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.
- Layihənin sahə işlərinə plan üzrə nəzarət və idarə olunması;
- Sahədə görülən işlərin koordinasiyası;
- Materialların hesabatına, sifariş olunmasına və çatdırılmasına nəzarət;
- Texniki və mühəndislik problemlərin həll olunması.
Namizədə olan tələblər:
- İnşaat sahəsində Ali təhsil;
- İnşaat Meneceri olaraq Beynəlxalq tikinti layihələrində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarını bilməli (müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri bilən namizədlərə üstünlük veriləcək);
- MS office AutoCAD, ArchiCAD proqramlarını əla səviyyədə bilməli (əlavə olaraq 3D Max, Corel Draw, Tekla proqramlarını bilən namizədlərə üstünlük veriləcək);
- Azərbaycan və rus dilini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analiz və idarəetmə bacarığı.
Digər tələb və şərtlər:
- Yaş həddi: 30-55
- Əmək haqqı 2000-3000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “İnşaat meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.