MİDA inzibati binasının yenidənqurulmasına 4 milyon manat xərcləyəcək
Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxs Torma MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanında yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasının yenidənqurulması (rekonstruksiyası) üzrə əlavə işlər nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 877 678 manatdır.