"Sosial media meneceri" tələb olunur - MAAŞ 1000 AZN
"Agro-West DC" MMC "Sosial media meneceri" vəzifəsi üzrə vakansiya elan edir:
Əmək haqqı: 1000 Azn;
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Namizədə olan tələblər:
• Ali təhsil;
• Social Media Marketing (SMM) sahəsində iş təcrübəsi;
• Qrafik dizayn qabiliyyəti (CorelDRAW , Photoshop );
• Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti;
• Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli;
• Komandada işləmək qabiliyyəti.
Vəzifə və öhdəliklər:
• Sosial media hesabları və platformaları (Facebook, Instagram, şirkət və s.) ilə işləmək;
• Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
• Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və soruğuları cavablandırmaq;
• Aylıq insertlərin, bukletlərin, reklam flyerlərinin hazırlanması və idarə olunması;
• Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
• Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
• Bütün SMM kanallarına nəzarət etmək;
• Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında yerinə yetirmək;
• Şirkətə məxsus sayt və sosial media vasitələrinin idarə olunması.
Namizədlərdən CV-lərini "Sosial media meneceri" mövzusu ilə hr@agrowestdc.az ünvanına göndərmələri xahiş olunur.