Sosial iqtisadiyyat

“MilliÖn”ə rəhbər təyin edildi

Azərbaycanda ödəniş bazarında “MilliÖn” ticarət nişanı altında fəaliyyət göstərən “Komtec LTD” MMC-nin İdarə Heyətinin sədri dəyişib.

Məlumata görə, iyul ayından etibarən Pünhan Nərimanov, şirkətin İdarə Heyətinin sədri təyin edilib. Buna qədər şirkətin İdarə Heyəti sədri vəzifəsində Teymur Cəfərov idi.

P.Nərimanov 2020-ci ilin martından 2021-ci ilin iyuluna qədər “Kapital Bank” ASC-nin Kassa və inkassasiya proseslərinin idarə edilməsi departamentinin direktoru, ondan öncə isə bu bankın Xəzinə departamentinin direktoru idi.

P.Nərimanov İspaniyada IE Biznes məktəbində MBA dərəcəsinə yiyələnib.

2008-ci ildə təsis edilmiş “Komtec Ltd” Azərbaycanda elektron ödəniş sistemləri üzrə xidmət göstərir. Hazırki dövrdə MilliÖN şəbəkəsində 150-dən artıq şirkət və 500-dən artıq xidmət növü mövcüddur. MilliÖN ödəmə terminallarının sayı 2500-dən artıqdır. Şirkətin nizamnamə kapitalı 22 000 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)