Azərbaycanın İranla ticarət dövriyyəsi artıb
Yanvar-may aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 167,4 milyon ABŞ dolları, BƏƏ ilə 22,8 milyon dollar, Səudiyyə Ərəbistanı ilə 7,5 milyon dollar olub. Hər üç ölkə ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrünə nisbətən artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 155,8 milyon dollar, BƏƏ-dən 16,4 milyon dollar, Səudiyyə Ərəbistanından isə 7 milyon dollar təşkil edib. Hər üç ölkə ilə idxal əməliyyatları artıb.
Mayda Azərbaycandan MDB ölkələrinə 126 milyon 598 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Ötən ay Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 179,6 milyon dollar olub.